patriotnews.az
http://patriotnews.az

Gəncədə qeyri-qanuni tikintisi aparılan yaşayış sahəsi ilə bağlı qanunamüvafiq tədbir görülüb

21-12-2024, 15:54 Baxılıb: 72

 

İcra Hakimiyyəti Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti

Gəncədə qeyri-qanuni tikintisi aparılan yaşayış sahələri ilə bağlı qanunamüvafiq tədbir görülüb

Gəncə şəhərində müvafiq icazəverici sənədləri olmadan tikinti aparan şəxslərə qarşı monitorinqlər davam edir. Bu dəfə monitorinqlər, keçmiş məcburi köçkünlər üçün salınmış 1500 ailəlik yeni qəsəbənin arxa hissəsində aparılıb. Burada dövlətə məxsus torpaq sahəsində qeyri-qanuni tikintisi aparılan yaşayış sahələri aşkarlanaraq, müvafiq tədbir görülüb və dövlət torpağının zəbtinin qarşısı alınıb.

Qeyd edək ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılır. Aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930