patriotnews.az
http://patriotnews.az

Gənc hüquqşünaslar üçün qış düşərgəsi təşkil ediləcək

24-12-2024, 11:10 Baxılıb: 0

Gənc hüquqşünaslar üçün qış düşərgəsi təşkil ediləcək

Gənc hüquqşünaslar üçün qış düşərgəsi təşkil ediləcək.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Almaniyanın Martin Lüter adına Halle Vittenberq Universiteti və “ADA” Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və “Ədliyyə Könüllüləri” İctimai Birliyinin dəstəyilə 14-18 yanvar tarixlərində müxtəlif təhsil pillələrində təhsil alan, eləcə də məzun olmuş gənc hüquqşünaslar üçün Bakı və Lənkəran şəhərlərində “Lex Camp” düşərgəsi keçiriləcək.
Düşərgə çərçivəsində gənc hüquqşünaslar üçün “Mülkiyyət hüququ: müdafiə və məsuliyyət arasında” mövzusunda yerli və xarici mütəxəssislər tərəfindən müxtəlif nəzəri və praktiki təlimlər, seminarlar və keyslər üzərində iş təşkil olunacaq, rəsmilərlə panel görüşləri və digər maraqlı və səmərəli fəaliyyətlər icra olunacaq.
Düşərgənin rəsmi-işgüzar dili və bütün rəsmi fəaliyyətlər ingilis dilində təşkil olunacaq;
Düşərgədə təhsilin istənilən pilləsində hüquq ixtisası üzrə oxuyan və ya məzun olmuş 25 yaşadək şəxslər iştirak etmək üçün müraciət edə bilər.
“Lex Camp” qış düşərgəsində iştirak etmək istəyən şəxslər dekabrın 30-dək qeydiyyat linkinə (https://bit.ly/lexcampapplyform) daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat başa çatdıqdan sonra uyğun namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930