patriotnews.az
http://patriotnews.az

Gəncədə evlərə, işıqforlara, yol hərəkəti nişanlarına, işıq dayaqlarına maneəçilik törədən budaqlar zərərsizləşdirilib .

3-12-2024, 13:51 Baxılıb: 8

 

PatriotNews.az bölgə müxbirinin məlumatına görə, Gəncə şəhəri ərazisində infrastruktur hava xəttlərinə maneəçilik törədən, yol nişanlarının qarşısını kəsən, həmçinin müxtəlif ünvanlarda yaşayan sakinlərin narahatlığına səbəb yaradan iri gövdəli ağacların budanması işləri həyata keçirilib.

Gəncə şəhər MKTİB-nin Yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən gün ərzində Ordubadi, Vaqif, Təbriz, Bağbanlar, Bayan və digər küçələrdə ağaclarda mövsümü budanma işləri görülüb. Sözügedən ərazilərdə iri gövdəli ağacların evlərə, işıqforlara, yol hərəkəti nişanlarına, işıq dayaqlarına maneəçilik törədən budaqları kəsilərək yaranan təhlükə aradan qaldırılıb.

Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən qəzalı vəziyyətdə olan, qurumuş, eləcədə iri gövdəli ağacların budanması, həmçinin zərərsizləşdirilməsi prosesi, yerli bələdiyyə orqanlarının MKTİB-ə müraciətindən sonra, Yaşıllaşdırma şöbəsi tərəfindən icrası həyata keçirilir. 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30