Qrant Müsabiqəsi layihələrinin açılış mərasimi keçirilib
Şəmkir şəhəri M.Füzuli adına tam orta məktəb-liseydə Təhsildə inkişaf və İnnovasiyalar üzrə VIII Respublika Qrant Müsabiqəsi layihələrinin açılış mərasimi keçirilib.
Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin və Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları, layihə qalibləri, layihələrin icra olunacağı məktəblərin rəhbərləri və müəllimlər iştirak ediblər.
Tədbirin açılışında əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən layihə qalibləri öz layihələri və layihə çərçivəsində görüləcək işlərlə bağlı ətraflı məlumat veriblər.
Açılış tədbirində çıxış edən şəxslər layihənin təhsilverənlər üçün təhsilin inkişafı naminə faydalı olacağı, belə layihələrin icrasının müəllimlərin inkişafı üçün əlçatan olacağı haqqında fikirlər bildiriblər.
Sonda tədbirdə iştirak edən qonaqların qrant layihələr haqqında fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
@Patriot News.az