“Ömrünü təhsilə həsr edənlər” rubrikası çərçivəsində illərini təhsilə həsr etmiş pedaqoq 29 il Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbin direktoru olmuş Firuddin Nadirovu təqdim edirik.
Firuddin Nadirov 1947-ci ildə Qərbi Azərbaycanda dünyaya gəlib. Orta təhsilini İmişli kənd orta məktəbində bitirən Firuddin Nadirov 1966-1971-ci ildə Həsən bəy Zərdabi adına Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb. 1981-ci il SSR Maarif nazirinin fəxri adına layiq görülüb.
1983-cü ildə M.Ə.Sabir adina 5 nömrəli orta məktəbin direktoru təyin olunan Firuddin müəllim 1987-1995-ci illərdə Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatı seçilib. 1987-ci ildə Azərbaycan SSR tərəfindən fəxri fərmanla təltif olunan Firuddin müəllimin 1998-ci ildə direktor olaraq çalışdığı Gəncə şəhər M.Ə.Sabir adina 5 nömrəli orta məktəb pilot məktəb olaraq seçilib.
1998-2003-2008-ci illərdə Ulu öndər Heydər Əliyevin iştirak etdiyi Azərbaycan müəllimlərinin qurultaylarında Gəncə Şəhər Təhsil İdarəsi adından çıxış edən Firuddin müəllim 2005-ci ildə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
2011-ci ildə rəhbərlik etdiyi Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəb "Ən yaxşı məktəb" müsabiqəsinin qalibi olub. 2018-ci ildə qabaqcıl təhsil işçisi olan Firuddin müəllimə Azərbaycan Respublikasının Təhsil Naziri tərəfindən “Əmək veteranı” adı və vəsiqəsi verilib.
29 il direktor olaraq fəaliyyət göstərdiyi Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbin məzunları hal-hazırda Daxili İşlər, Xarici İşlər, Milli Təhlükəsizlik Nazirliklərində, həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunda çalışırlar.
@Patriot News. az