patriotnews.az
http://patriotnews.az

Dekabrın 3-də Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi əsgər Verdiyev Röyal Qabil oğlunun anım mərasimi keçirilib.

4-12-2024, 08:24 Baxılıb: 12

 

PatriotNews.az-ın bölgə müxbirinin məlumatına görə ,şəhidin dördüncü ildönümündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, yaxınları, rayonun şəhid valideynləri, müharibə iştirakçıları, ziyalılar, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhid Röyal Verdiyevin xatirəsi yad edilib, dualar oxunub, məzarına güllər düzülüb.

Daşkəsən  Rayon İcra Hakimiyyəti başçısı Orxan Abbasov şəhidin ailəsinə bir daha başsağlığı verib, səbir diləyib. Həmçinin şəhid Röyal Verdiyevin şərəfli həyatından və döyüş yolundan söz açıb.

Şəhidin valideynləri ailələrinə hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930