patriotnews.az
http://patriotnews.az

Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramova Gəncə şəhərinə həsr olunan qalstuk təqdim edilib

13-12-2024, 12:45 Baxılıb: 27

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Andrew's Ties Baku” ticarət markasının direktoru Yavər Məmmədovla görüşüb. Məlum olduğu kimi, bir müddət əvvəl “Andrew's Ties Baku” ticarət markası tərəfindən Azərbaycanın qədim şəhəri Gəncəyə həsr edilmiş qalstuk təqdim olunmuşdu. Görüş zamanı Yavər Məmmədov yeni dizaynla istehsal olunan ilk qalstuku simvolik olaraq şəhər rəhbərinə hədiyyə edib. 

Niyazi Bayramova məlumat verilib ki, qalstukun dizaynı hazırlanarkən Gəncə xanlığına məxsus bayrağın elementlərindən istifadə edilib. İki rəngdə istehsal olunan qalstuk həmçinin Gəncəyə məxsus xalça naxışları ilə bəzədilib. Qalstuk 100% ipək olmaqla İtaliyalı ustalar tərəfindən istehsal edilib və əl işidir.

Qeyd edək ki, “Andrew's Ties Baku” məşhur İtalyan firması olan “Andrew's Ties” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyidir. Ticarət markası daha əvvəl “Xarıbülbül” simvolunu yaradaraq onu qalstuk üzərinə keçirib.     







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930