patriotnews.az
http://patriotnews.az

Azərbaycan millisinin futbolçusu: "Monteneqro ilə oyunda qapımıza penaltinin təyin olunması düzgün qərar deyildi"

9-04-2025, 14:40 Baxılıb: 0


Azərbaycan millisinin futbolçusu: "Monteneqro ilə oyunda qapımıza penaltinin təyin olunması düzgün qərar deyildi"


Məncə, qapımıza penaltinin təyin olunması düzgün qərar deyildi.


Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva deyib.

22 yaşlı müdafiəçi Monteneqro ilə səfərdə heç-heçə etdikləri (1:1) UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Son anda qələbəni əldə verdiyimiz üçün çox məyusuq. Hesabın belə olmasını istəməzdik. Bizim məqsədimiz qalib gəlmək idi. 1:0 öndə idik, son anda hakimin qərarı ilə qapımıza penalti təyin edildi və hesab bərabərləşdi. Bakıda Litva ilə keçirəcəyimiz matçda böyükhesablı qalibiyyət əldə etmək və qrup birincisi olmaq istəyirik".

O, Monteneqro ilə görüşün sonlarında qapılarına təyin olunan penalti ilə bağlı danışıb:

"Həmin epizoda yenidən baxmamışam. Amma hər kəs bu fikirdədir ki, top birinci rəqibin, sonra bizim oyunçunun əlinə dəyib. Məncə, düzgün qərar deyildi".

Qeyd edək ki, hazırda Monteneqro və Azərbaycan milliləri hərəyə 5 xalla qrupda müvafiq olaraq 1-ci və 2-ci pillədə qərarlaşıblar. Litva yığmasının isə hesabında xal yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930