patriotnews.az
http://patriotnews.az

Gəncədə Akademik Zərifə Əliyevanın anım günü qeyd olunub

Dünən, 15:50 Baxılıb: 31

 

Aprelin 15-də görkəmli oftalmoloq-alim, Akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür.

Patriot News.az xəbər verir ki, Akademik Z.Məmmədov adına xəstəxananın Oftalmoloji şöbəsində anım günü ilə bağlı tədbir keçirilib.   Tibb müəssisəsinin rəhbəri Tələt Nəbiyev çıxış edərək görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan danışıb.  O qeyd edib ki, Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında xidmətləri əvəzolunmazdır. Görkəmli alimin vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə dair böyük araşdırmalar aparılması barədə məlumat verilib. Zərifə xanımın eyni zamanda yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf etdiyi diqqətə çatdırılıb.           

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930