patriotnews.az
http://patriotnews.az

Şagirdlərdən hekayə tələbi: Buraxılış imtahanında YENİLİK

Dünən, 17:51 Baxılıb: 0

Şagirdlərdən hekayə tələbi: Buraxılış imtahanında YENİLİK

Bu ildən 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında yeni modelə keçid edilib ki, bu modeldə də ən nəzərəçarpan dəyişiklik xarici dil fənni (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) üzrə yazılı tapşırığın məzmununda özünü göstərir. Artıq şagirdlər təqdim olunan şəkillər əsasında qrammatik düzgünlük və yaradıcı yanaşma tələb edən hekayə yazmalıdırlar. 

Hazırda 9-cu sinif məzunları üçün tətbiq edilən bu yeniliyin 2027-ci ildən də tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında tətbiqi nəzərdə tutulur.

Məsələ ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verən DİM-in mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, əvvəlki illərlə müqayisədə imtahanda məzunlara təqdim edilən ümumi tapşırıqların sayı azaldılıb: “Belə ki, əvvəl 85 tapşırıq təqdim olunurdusa, bu ildən həmin rəqəm 81-ə endirilib. Xarici dil fənnindən isə tapşırıq sayı 30-dan 26-ya salınıb. Bu, hər hansı sualın ixtisar olunması deyil, ümumi strukturun yenidən təşkilidir”.

X.Xanlarzadə qeyd edib ki, yeni modelə əsasən, tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən isə 26 tapşırıq təqdim olunur. İmtahan üzrə maksimum bal 100-dür: 

“Yeni modeldə ingilis dilindən yazılı tapşırıq hissəsində şagirdlərə ardıcıl şəkildə təqdim olunmuş 3 şəkil əsasında hekayə yazmaq tapşırılır. Hekayə ən azı 35 sözdən ibarət olmalı və məzmun baxımından şəkillərlə uyğunluq təşkil etməlidir. Şagirdin yazı işi yaradıcı yanaşma ilə hazırlanmalı, fikirlər ardıcıl və aydın şəkildə ifadə olunmalıdır. Bu tapşırıq maksimum 2 balla qiymətləndirilir. Yeni modelin əsas məqsədi şagirdlərin yaradıcı düşünmə, məntiqi ardıcıllıqla fikir ifadə etmə və dil bacarıqlarını daha da inkişaf etdirməkdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930