Ailə Sağlamlıq Mərkəzlərinin mama-ginekoloqlarının qarşılıqlı görüşü baş tutub
Gəncədə Ana və uşaq sağlamlığını qorumaq, ana ölümlərinin qarşısını almaq, təhlükəsiz hamiləlik keçirmək və qarşılıqlı işin təşkili məqsədilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzin həkimləri ilə Ailə Sağlamlıq Mərkəzlərinin mama-ginekoloqlarının qarşılıqlı görüşü baş tutub.
Patriot News.az-ın bölgə müxbiri xəbər verir ki ,tədbirdə antenatal xidmətin təkmilləşdirilməsi, risk qrupuna aid hamilələrin erkən aşkarlanması və digər aktual mövzular ətrafında müzakirələr aparılıb.
İlkin səhiyyə xidmətində təkmilləşdirmə işlərinin aparıldığı və bu istiqamətdə daha uğurlu nəticələrin əldə edilməsinin prioritet hədəf olduğu diqqətə çatdırılıb.
Tədbirdə iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.