patriotnews.az
http://patriotnews.az

Dövlət ali təhsil müəssisələrinin Elmi Şurası haqqında Əsasnamə təsdiqlənib

4-04-2025, 10:20 Baxılıb: 0

Dövlət ali təhsil müəssisələrinin Elmi Şurası haqqında Əsasnamə təsdiqlənib

Dövlət ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə təsdiqlənib.

Bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib.

Əsasnamə dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydasını müəyyən edir.

Şura ali təhsil müəssisəsinə ümumi rəhbərliyi həyata keçirən ali idarəetmə orqanı olmaqla ictimai əsaslarla fəaliyyət göstərir.

Ali təhsil müəssisəsinin strateji inkişaf istiqamətlərinə uyğun olaraq onun elm və təhsil fəaliyyətinin təşkil və koordinasiya edilməsi, dövlətin, cəmiyyətin, elmin və təhsilin müasir inkişaf istiqamətlərinə uyğun olaraq müəssisədə təhsil və tədqiqat mühitinin formalaşdırılması, müəssisənin elmi-pedaqoji potensialının inkişafı və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi sahəsində fəaliyyətinin təşkil edilməsi və müəssisənin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi Şuranın fəaliyyət istiqamətləri kimi müəyyənləşib.(Report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30