patriotnews.az
http://patriotnews.az

Azərbaycanın tarixi Zəfəri regionda davamlı sülhə şərait yaratmışdır

5-04-2025, 13:20 Baxılıb: 0

Azərbaycanın tarixi Zəfəri regionda davamlı sülhə şərait yaratmışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda qeyd etmişdir ki, “tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır... Bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır”. Ancaq sülh danışıqlarına aparan yol, təəssüf ki, uzun müddət tələb etmişdir və bütün çətinliklərə rəğmən, Azərbaycan İkinci Qarabağ müharibəsində silahlı münaqişəyə son qoyaraq, beynəlxalq hüququ və beynəlxalq ədaləti öz gücünə bərpa etrmişdir. Eyni zamanda, Azərbaycanın qalib tərəf olmasına baxmayaraq, məhz ölkəmiz beynəlxalq hüququn beş fundamental prinsipinə əsaslanan sülh müqaviləsinin bağlanması təklifini irəli sürmüşdür və siyasi-diplomatik müstəvidə konstruktiv mövqe nümayiş etdirmişdir. Ölkəmiz üçün həyati problem olan, ərazi bütövlüyü və suverenliyin tam bərpası, ümumiyyətlə Cənubi Qafqaz regionu üçün əlamətdar hadisə olaraq, bir çox sahələrdə  yeni əməkdaşlıq formatının inkişafına səmərəli şərait yaratmışdır. 

Nizami Səfərov, 

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031