patriotnews.az
http://patriotnews.az

Gürcü nazir Azərbaycan səfiri ilə hüquq sahəsində əməkdaşlığı müzakirə edib

Dünən, 16:02 Baxılıb: 0

Gürcü nazir Azərbaycan səfiri ilə hüquq sahəsində əməkdaşlığı müzakirə edib

Gürcüstanın ədliyyə naziri Paata Salia Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşüb.

Görüşdə iki ölkənin aidiyyəti qurumları arasında hüquq sahəsində mövcud əməkdaşlıq əlaqələri və onun inkişaf perspektivləri müzakirə olunub.

Ədliyyə Nazirliyində baş tutan görüş zamanı hüquqi sahədə səmərəli əməkdaşlığın vacibliyi vurğulanıb, gələcəkdə birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi imkanlarını nəzərdən keçirilib.

Görüşdə Gürcüstan ədliyyə nazirinin müavini Beka Dzamaşvili və Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Seymur İlyaslı da iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031