Gəncədə IDEA Könüllülərindən Təmizlik Aksiyası: 500 kq Plastik Tullantı Toplanıb
IDEA İctimai Birliyinin könüllüləri Gəncə çayının bir hissəsində təmizlik aksiyası keçiriblər. Aksiya, “1113 - Təbiətə təcili yardım” qaynar xəttinə daxil olan vətəndaş müraciətindən sonra təşkil olunub. Təşkilatın 30 könüllüsü xüsusi qoruyucu vasitələrlə təmin olunaraq, çay sahilində toplanmış plastik tullantıları təmizləyiblər.
Patriot News.az xəbər verir ki, toplanan tullantıların ümumi həcmi 500 kiloqrama yaxın olub və onların əksəriyyəti birdəfəlik plastik məhsullardan ibarət olub. IDEA nümayəndələri bildiriblər ki, bu aksiyalar yalnız təmizlik məqsədi daşımır, həm də cəmiyyətin ekoloji maariflənməsinə xidmət edir.
IDEA ictimaiyyəti ətraf mühitin mühafizəsində fəal iştirak etməyə, tullantıların düzgün utilizasiyasına diqqət yetirməyə və ekoloji tarazlığın qorunmasına töhfə verməyə çağırır.