AFFA rəsmisi FIFA-nın seminarına qatılıb
Seminar 50 ölkədən olan federasiya nümayəndələri üçün uşaqların hüquq və bacarıqlarının müdafiəsi mövzusunda təşkil olunub.
Seminarın təşkilində əsas məqsəd uşaqların hüquqlarının qorunması sahəsində məlumatlılığın artırılması, təhsil və idman sahəsində uşaqların müdafiəsinə yönələn siyasətlərin gücləndirilməsi, mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.
Mayın 23-dək davam edəcək seminarda müxtəlif mövzularda fikir mübadiləsi aparılır.
Qeyd edək ki, K.Mustafayeva FIFA və İngiltərənin The Open University arasında əməkdaşlıq çərçivəsində təşkil olunan uşaqların müdafiəsi mövzusunda 4-cü kursdadır. İki il davam edən təhsilə 2025-ci ilin avqustunda müdafiə olunaraq yekun vurulacaq.(Report)