“Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib
Ərazidə yol infrastrukturunun yenidən qurulması səbəbindən sözügedən restoran sökülüb, sahibinə isə kompensasiya olaraq 14 milyon manat verilib.
Sənədləşmə prosesində bu məbləğin bir neçə dəfə az göstərildiyi vurğulanıb.
“Şəki” restoranının sahibinin hazırda Mərdəkan qəsəbəsində eyniadlı obyekt tikdirdiyi deyilir.
Qeyd edək ki, restoranın sökülməsinə səbəb Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir.
“Şəki” restoranının sahibi mərhum deputat Fərhad Qəribov olub. Hazırda onun biznesinə oğlu Zöhrab Qəribovun nəzarət etdiyi bildirilir.(Globalinfo.az)