patriotnews.az
http://patriotnews.az

ASAN Könüllüləri “Sevil” Tamaşasını Səhnələşdiriblər

Bu gün, 13:30 Baxılıb: 0

 

19 may 2025-ci il tarixində “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı çərçivəsində Cəfər Cabbarlının məşhur əsəri əsasında hazırlanmış “Sevil” tamaşası səhnəyə qoyulub.

Tamaşa Şəhriyar adına Mədəniyyət Mərkəzində nümayiş olunub. Patriot News.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, "ASAN Könüllüləri" Təşkilatının sədri Anar Musaev, ASAN könüllüləri və digər qonaqlar iştirak ediblər.

“V ASAN Teatr Festivalı” çərçivəsində təqdim olunan “Sevil” tamaşası qadın azadlığı, ailə dəyərləri və cəmiyyətin dəyişən rolları kimi mövzuları əhatə edib. Tamaşa 16 ASAN könüllüsünün iştirakı ilə hazırlanıb və festival çərçivəsində ilk səhnələşdirilən əsər olub.

500-dən çox tamaşaçının izlədiyi tamaşanın sonunda çıxış edən rəsmi şəxslər könüllüləri təltif ediblər.

Qeyd edək ki, “Mədəniyyət Carçısı” proqramı çərçivəsində indiyədək 100-dən çox səhnə əsəri nümayiş etdirilib, 600-dən artıq ustad dərsi vasitəsilə gənclərin yaradıcılıq potensialının inkişafına mühüm töhfə verilib.


@Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031