patriotnews.az
http://patriotnews.az

Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB

Bu gün, 10:47 Baxılıb: 0

Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB

Sumqayıt şəhərində baş verən yol nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son durumu məlum olub.

Bu barədə “Report”un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, şəhərdə baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına dörd qadın hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

Sumqayıt şəhərində sərnişin avtobusu minik avtomobil ilə toqquşub, 4 nəfər xəsarət alıb.

Hadisə Bakı küçəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Murtuzov Cavid Abbasəli oğlunun idarə etdiyi sərnişin avtobusu 1999-cu il təvəllüdlü Mirişov Mirhadi Mirismayıl oğlunun idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə toqquşmadan yayına bilməyib.

Qəza nəticəsində avtobusun sərnişinləri - Sumqayıt şəhər sakinləri, 2007-ci il təvəllüdlü Şahbuzova Şəbnəm Akif qızı, 1967-ci il təvəllüdlü Şahbalayeva İlahə Mürvət qızı, 1994-cü il təvəllüdlü Şəmiyeva Lamiə Gülasət qızı və 2007-ci il təvəllüdlü Məmmədova Nuray Sərxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031