patriotnews.az
http://patriotnews.az

Təcili əməliyyat uğurla başa çatdı – Pasiyent sağlamlığına qovuşdu

Bu gün, 20:53 Baxılıb: 14

 

Gəncə sakini, davamlı qanaxma və bel, qarınaltı nahiyəsində şiddətli ağrılarla Abbas Səhhət adına xəstəxananın Ginekologiya və doğum şöbəsinə müraciət edib. Patriot News.az xəbər verir ki, pasiyentin vəziyyəti təcili qiymətləndirilib və dərhal əməliyyata qərar verilib.

Xəstəxananın həkim mama-ginekoloqu Yeganə Verdiyeva tərəfindən aparılan ilkin müayinədən sonra, həkim-cərrah Sənan Abbasovla birlikdə uşaqlığın ekstirpasiyası – yəni uşaqlığın tam çıxarılması əməliyyatı həyata keçirilib. Əməliyyat uğurla başa çatıb və pasiyent qısa müddətdə sağlamlığına qovuşub.

Qadının ailə üzvləri göstərilən diqqət və yaradılmış şəraitə görə TƏBİB-ə, eləcə də Abbas Səhhət adına xəstəxananın tibbi personalına təşəkkürlərini bildiriblər.


@Patriot News.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031