patriotnews.az
http://patriotnews.az

Gəncədə 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olundu

Bu gün, 15:03 Baxılıb: 82

 

19 May 2025-ci il tarixində Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə Göygöl rayonunun “Xan yurdu” etnoqəsəbəsində 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə təntənəli tədbir keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop, Cavad Xan Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, Gəncə ŞİH aparatının məsul əməkdaşları, Türkiyə Konsulluğunun nümayəndələri, yerli idarə və müəssisə rəhbərləri, bələdiyyə sədrləri, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan türkiyəli tələbələr iştirak ediblər.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan olunub.

Patriot News.az xəbər verir ki, Baş Konsul Recep Öztop çıxışında 19 may tarixinin tarixi əhəmiyyətinə toxunaraq qeyd edib ki, 1919-cu ilin bu günündə Mustafa Kamal Atatürk Bandırma gəmisilə Samsuna yola düşərək Antanta dövlətlərinin işğalına qarşı Qurtuluş Müharibəsini başlatmışdır. Bu gün həm də Atatürk tərəfindən gənclərə hədiyyə edilən, Türkiyə Cümhuriyyətinin ruhunu əks etdirən milli bir bayramdır.

Cavad Xan Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq bağlarından söz açıb. O, tədbirin məhz tarixi ab-havaya malik “Xan yurdu” etnoqəsəbəsində keçirilməsinin rəmzi və əlamətdar xarakter daşıdığını qeyd edib.

Rəsmi çıxışlardan sonra tədbir iştirakçıları etnoqəsəbə ilə tanış olub, milli-mənəvi irsimizi əks etdirən məkanları ziyarət ediblər. Ekskursiya zamanı Azərbaycan mədəniyyətini yaşadan elementlər, xalq sənət nümunələri və qədim yaşayış üslubunu əks etdirən guşələr qonaqlarda dərin təəssürat yaradıb.

Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdirərək bu əlamətdar günü yaddaşlara həkk ediblər.

Bu cür bayram tədbirləri Azərbaycan və Türkiyə arasında tarixi dostluğun və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verir.
 @Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031