patriotnews.az
http://patriotnews.az

Əkrəm Gürelə yeni vəzifə verildi

Dünən, 19:00 Baxılıb: 3

Əkrəm Gürelə yeni vəzifə verildi

Türkiyədə Azərbaycan diaspor təşkilatının rəhbəri rektor vəzifəsinə təyin edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Türkiyə Azərbaycan Dərnəyinin başqanı, Bolu Abant İzzət Baysal Universitetinin Fənn ədəbiyyat fakültəsinin dekanı Əkrəm Gürel İğdır Universitetinin rektoru olub.

İğdır əsilli Ə.Gürel 16 iyun 1969-cu ildə anadan olub. 1987-ci ildə Ankara Universitetinin Kənd təsərrüfatı fakültəsinin Tarla bitkiləri bölümünü bitirib. Elə həmin il magistratura oxumadan birbaşa İngiltərənin Lids Universitetinin təqaüdlü doktorantura proqramını qazanıb və 1992-ci ildə bitirib. 1992-1995-ci illərdə “Türkiyə Şəkər Fabrikaları A.Ş.”-nin Şəkər İnstitututunda çalışdıqdan sonra Bolu Abant İzzət Baysal Universitetinin Fənn ədəbiyyat fakültəsinin Biologiya bölümündə fəaliyyətinə davam edib. 1998-ci ildə dosent, 2004-cü ildə professor olub. 2023-cü ildən adı çəkilən fakültənin dekanı idi.

İngilis və fransız dillərini bilən Əkrəm Gürel evlidir, bir oğlu var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031