patriotnews.az
http://patriotnews.az

KİV: Fransa əlcəzairli diplomatların və dövlət məmurlarının ölkəyə girişini çətinləşdirib

Dünən, 17:15 Baxılıb: 3

KİV: Fransa əlcəzairli diplomatların və dövlət məmurlarının ölkəyə girişini çətinləşdirib

Fransa əlcəzairli diplomatların və dövlət məmurlarının ölkəyə girişini çətinləşdirərək onları viza almağa məcbur edir.

Bu barədə şənbə günü “franceinfo” radiostansiyası Milli Polis Baş İdarəsinin (DGPN) qərargahına istinadən məlumat yayıb.

"Diplomatik və ya xidməti pasportu olan bütün Əlcəzair vətəndaşları Fransanın xarici sərhədlərini keçmək üçün mütləq vizaya malik olmalıdırlar", - DGPN-in yeni göstərişində bildirilib.

Xatırladaq ki, Əlcəzair hökumətinin ölkəyə müvəqqəti göndərilmiş 15 fransız dövlət məmurunun ölkədən çıxarılması qərarına cavab olaraq Paris də əlcəzairli diplomatların ölkədən çıxarılması barədə qərar qəbul edib. Bununla belə, Fransa Xarici İşlər Nazirliyi ölkədən çıxarılacaq əlcəzairli diplomatın sayını dəqiqləşdirməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031