Rubail Nəsibov – Gəncənin tanınmış iş adamı və xeyriyyəçisi
Rubail Nəsibov – Azərbaycan cəmiyyətində fəaliyyəti və xeyriyyəçilik əməlləri ilə seçilən nüfuzlu iş adamıdır. O, Göycə mahalının Qaraqoyunlu kəndində anadan olmuşdur. Gəncənin işgüzar mühitində tanınan Rubail Nəsibov uzun illərdir ki, restoran biznesində uğurla fəaliyyət göstərir. Hazırda Gəncə şəhərində yerləşən “Dan Ulduzu” “Piramida” və " Dəniz" şadlıq saraylarının rəhbəridir. Bu şadlıq sarayları yüksək xidmət səviyyəsi, milli və beynəlxalq mətbəx nümunələri ilə şəhər sakinlərinin rəğbətini qazanmışdır.
Rubail Nəsibov yalnız biznes uğurları ilə deyil, xeyriyyəçilik fəaliyyəti ilə də tanınır. Xüsusilə şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və dəstək onun insanpərvər xarakterini bir daha ortaya qoyur. O, vətən uğrunda canından keçən qəhrəmanların ailələrinə maddi və mənəvi yardım göstərərək, bu ailələrlə daim ünsiyyətdə olur və onların ehtiyaclarına həssaslıqla yanaşır. Onun bu fəaliyyəti yalnız bayram və xüsusi günlərlə məhdudlaşmır, davamlılıq daşıyır.
Gəncə ictimaiyyəti Rubail müəllimin bu xeyriyyəçi əməllərini yüksək dəyərləndirir. Şəhər sakinləri onu sevgi ilə “Xeyriyyəçi Rubail müəllim” kimi tanıyır. Bir çoxları onu böyük Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin müasir davamçısı kimi qiymətləndirirlər. Onun insanlara uzatdığı yardım əli, göstərdiyi təvazökarlıq və cəmiyyətə verdiyi töhfələr bu müqayisəni tamamilə əsaslandırır.
Rubail Nəsibov nümunəvi bir ailənin böyük qardaşıdır. Ailəsi elmə, təhsilə və cəmiyyətə verdiyi töhfələrlə tanınır. Ortancıl qardaşı Nəsibov Firüz Həsən oğlu hazırda Moskva şəhərində yaşayır, tibb elmləri doktoru və professordur, beynəlxalq səviyyədə fəaliyyət göstərir. Kiçik qardaşı Nəsibov Mübariz Həsən oğlu isə biologiya elmləri doktoru, professor olaraq elmi tədqiqatları və pedaqoji fəaliyyəti ilə seçilir. Hər iki şəxs Azərbaycan elminə və ictimai həyatına dəyərli töhfələr verən ziyalılardır.
Bu ailə yalnız elmi və ictimai sahədə deyil, həm də mənəvi dəyərləri ilə fərqlənir. Rubail Nəsibov və onun qardaşları ailəyə və cəmiyyətə bağlılığı, əxlaqi prinsipləri və xidmətləri ilə nümunəvi ailə başçılarıdır. Onların həyatı əməksevərlik, elmə və insanlığa xidmət kimi ali dəyərlərin parlaq təzahürüdür.
Rubail Nəsibovun fəaliyyəti cəmiyyətdə böyük hörmət və rəğbətlə qarşılanır. O, yalnız uğurlu iş adamı deyil, həm də xalqın dərdinə şərik olan, xeyirxahlığı ilə seçilən bir şəxsiyyətdir. Gənclər üçün nümunə olan bu insan sübut edir ki, həm sahibkarlıqda uğur qazanmaq, həm də vətənpərvər və mərhəmətli bir vətəndaş olmaq mümkündür. Onun həyat yolu bir çoxları üçün ilham mənbəyidir.
Müəllif: Ceyhun Əliyev