patriotnews.az
http://patriotnews.az

Gürcüstan DTX-nin rəhbəri Ermənistanın səfiri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib

Dünən, 11:27 Baxılıb: 5

Gürcüstan DTX-nin rəhbəri Ermənistanın səfiri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Anri Oxanaşvili Ermənistanın Tbilisidəki səfiri Aşot Smbatyanla görüşdə iki ölkə arasında strateji əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib.

Görüş zamanı tərəflər Gürcüstan və Ermənistanın təhlükəsizlik xidmətləri arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıblar.

Eyni zamanda, regionda baş verən proseslər və təhlükəsizlik sahəsində qarşıda duran çağırışlar da müzakirə olunub.

Tərəflər gələcəkdə təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və qarşılıqlı fəaliyyət planlarını nəzərdən keçiriblər.

Səfir Oxanaşvilini Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.(Report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031