patriotnews.az
http://patriotnews.az

KİV: HƏMAS İsrail və Səudiyyə arasında münasibətlərin normallaşmasını pozmaq istəyib

Bu gün, 12:00 Baxılıb: 4

KİV: HƏMAS İsrail və Səudiyyə arasında münasibətlərin normallaşmasını pozmaq istəyib

HƏMAS-ın 2023-cü ilin oktyabrın 7-də İsrailə hücumu İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasını pozmaq məqsədi daşıyırdı.

Bu barədə “The Wall Street Journal” qəzeti hücumdan əvvəl HƏMAS liderlərinin iclasının protokolunu əldə edərək məlumat yayıb.

Sənəddən məlum olub ki, bu görüşdə keçən ilin oktyabrında öldürülən hərəkatın Siyasi Bürosunun keçmiş rəisi Yəhya Sinvar bildirmişdi ki, “Səudiyyə Ərəbistanı və İsrail arasında münasibətlərin normallaşması üzərində iş əhəmiyyətli dərəcədə irəliləyir”, onlar arasında saziş bağlanarsa, “əksər ərəb və islam ölkələri onların nümunəsini izləyəcək”. Sinvara görə, hadisələrin belə inkişafı dünya ictimaiyyətinin diqqətini Fələstin məsələsindən yayındıra bilərdi.

O, Siyasi Büro üzvlərinə “fövqəladə hərəkət” etmək və regional güc balansında “strateji tərpənişə” nail olmaq lazım olduğunu bildirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031