patriotnews.az
http://patriotnews.az

Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya ağır vəziyyətdə hospitalizasiya olunan şəxsin həyatı xilas edilib.

28-02-2025, 14:56 Baxılıb: 41

 

Patriot News.az xəbər verir ki, 48 yaşlı qadın Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya sol üst qarın nahiyəsində olan ağrılar, halsızlıq, baş dönməsi, bulantı, iştahasızlıq kimi şikayətlərlə yerləşdirilib. Xəstəxananın ümumi cərrahı Xudaverdi Xudaverdizadə xəstəni müayinə edib. Pasiyentə öddaşı xəstəliyi (xolelitiaz), hipersplenizm diaqnozları təyin olunub və dərhal cərrahi əməliyyata qərar verilib. Eyni anda onun üzərində iki əməliyyat həyata keçirilib.  

Həkim-cərrah Xudaverdi Xudaverdizadə, assistent həkim-cərrah Rasim Qasımov və həkim-anestezioloq-reanimatoloq Tural Rzazadə tərəfindən total splenektomiya və xolesistektomiya əməliyyatları icra edilib.

Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir.

Pasiyentin ailə üzvləri Gəncə Şəhər Birləşmiş Xəstəxanasında yaradılan şəraitə görə  TƏBİB-ə və Abbas Səhhət adına xəstəxananın tibbi personalına öz minnətdarlıqlarını bildiriblər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30