Kayrat Sarıbay: “Azərbaycan AQEM çərçivəsində Qadınlar Şurasının yaradılmasını istəyir”
Bunu təşkilatın baş katibi Kayrat Sarıbay Bakıda keçirilən AQEM-in Biznes Şurasının 8-ci plenar sessiyası zamanı bildirib.
Baş katib qeyd edib ki, qadınların hüquq və imkanlarının genişləndirilməsi təkcə ədalət məsələsi deyil, həm də davamlı inkişaf üçün strateji zərurətdir.
"AQEM Qadınlar Şurasının yaradılması institusional qarşılıqlı fəaliyyət platforması olacaq. Bundan başqa, AQEM-in məşvərət orqanları - Biznes Şurası və Gənclər Şurası arasında sinergiyanı inkişaf etdirmək də vacibdir, çünki gənclər innovasiyaların əsas mənbəyidir", - K.Sarıbay bildirib.
Onun sözlərinə görə, universitetlərin tərəfdaşlıq şəbəkəsi gənc tədqiqatçıların kiçik və orta biznesin inkişafına cəlb edilməsi üçün istifadə edilə bilər: "Bu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM), xüsusilə DİM 4 - Keyfiyyətli təhsil və DİM 8 - Layiqli iş və iqtisadi artım məqsədlərinə uyğundur".