patriotnews.az
http://patriotnews.az

Naxçıvan Konstitusiyasına dəyişikliklər parlamentə göndəriləcək

Bu gün, 15:38 Baxılıb: 0

Naxçıvan Konstitusiyasına dəyişikliklər parlamentə göndəriləcək

Naxçıvan Konstitusiyasına dəyişikliklər barədə qanun təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim ediləcək.

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci çağırış yaz sessiyasının növbəti iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununu (ikinci səsvermə) müzakirə olunub.

Ali Məclisin yaz sessiyasının 20 fevral tarixdə keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanunun geniş müzakirə edilərək birinci səsverməyə çıxarıldığını və qəbul edildiyini bildirən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər 3 aydan sonra yenidən səsverməyə qoyulmalıdır.

Qeyd olunub ki, Naxçıvan MR Konstitusiyasına uyğun olaraq Konstitusiyaya dəyişikliklər haqqında qanun Ali Məclisin sədri tərəfindən imzalandıqdan sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031