Sadiq Əliyev – Vətənə və Dövlətə Sadiq Xidmətin Nümunəsi
Sadiq Cabir oğlu Əliyev 1984-cü ildə anadan olmuşdur. O, 2001–2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005–2007-ci illərdə isə magistr dərəcəsi üzrə təhsil almışdır. Peşəkar fəaliyyəti dövründə daim bilik və bacarıqlarını təkmilləşdirərək ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermişdir.
2006–2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışmış, 2019-cu ildən etibarən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsini icra etmişdir. 29 may 2024-cü il tarixindən isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Sadiq Əliyev dövlətə və dövlətçiliyə sadiqliyi, vətənə xidmət prinsiplərini əsas tutaraq fəaliyyətini qurur. Onun rəhbərliyi altında Agentlik vətəndaş məmnuniyyətinə yönəlmiş yeni nəsil məşğulluq xidmətlərinin tətbiqinə, şəffaf və innovativ idarəçilik modelinə keçid edir.
Xüsusilə şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, əlilliyi olan şəxslər və digər sosial həssas təbəqələrin əmək bazarına çıxış imkanlarının artırılması Sadiq Əliyevin fəaliyyətində xüsusi yer tutur. Onlara özünüməşğulluq, peşə hazırlığı, sosial dəstək proqramları çərçivəsində hərtərəfli imkanlar yaradılır.
Sadiq Əliyev ölkə Prezidentinin sosial siyasətinə sadiq qalaraq daim vətəndaşların rifah halının yüksəldilməsinə çalışır. Bu fəaliyyətlərinə görə o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Ailəlidir, üç övladı var.
Ceyhun Əliyev