Müəllimlərin işə qəbulu imtahanına qeydiyyat BAŞLAYIR
Bu gündən 2025-2026-cı tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.
Müsabiqə üzrə qeydiyyat 22 may saat 11:00-dan 29 may saat 11:00-dək davam edəcək.
Müsabiqədə iştirak etmək istəyən namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.
Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla bu linkə daxil olaraq tanış ola bilərsiniz.