Göz Sağlamlığınız Bizimlə Təhlükəsizdir – Effektiv Müalicə Üsulu: Avastin İnyeksiyası!
Artıq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Z. Məmmədov adına Xəstəxananın Oftalmoloji şöbəsində göz xəstəliklərinin müalicəsində müasir və effektiv metod – Avastin inyeksiyası (bevasizumab) tətbiq olunur!
Avastin, anti-VEGF təsirli innovativ dərman olub:
Diabetik retinopatiya
Makulyar ödem
Torlu qişada qansızma
Torlu qişa venalarının trombozu və digər ağır göz patologiyalarının müalicəsində istifadə olunur.
Bu inyeksiya damar stabilliyini artırır, qansızmanı azaldır və nəticə olaraq görmənin yaxşılaşmasına səbəb olur.
Prosedur necə həyata keçirilir?
İynələr yerli keyitmə ilə, əməliyyat otağında vurulur.
Göz və göz qapaqları aseptik məhlullarla dezinfeksiya olunur.
Prosedur tamamilə ağrısız və qısa müddətlidir.
Ən önəmlisi – Avastin inyeksiyası icbari tibbi sığorta çərçivəsində tam ÖDƏNİŞSİZ şəkildə həyata keçirilir!
Gözlərinizə dəyər verin – sağlam görmə üçün vaxtında müayinədən keçin!
Fərman Əliyev