patriotnews.az
http://patriotnews.az

Şəhid Erbol Barımbetovun xatirəsinə həsr olunmuş tədbir keçirildi

28-01-2025, 15:59 Baxılıb: 186

 

28 yanvar  Azərbaycan Qarabağ qaziləri Birliyinin Gəncə Qarabağ qaziləri filialının ofisində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş milliyyətcə qazax olan Erbol Barımbetovun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirin əvvəlində şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Daha sonra Gəncə Qarabağ qaziləri Birliyinin sədr müavini, Patriot News. az saytının rəhbəri Ceyhun Əliyev tədbir iştirakçılarına Erbol Barımbetovun keçdiyi döyüş yolundan məlumat verdi. 
 Gəncə Qarabağ Qaziləri Birliyinin sədri Eyvaz Hüseynov isə  çıxışında qeyd etdi ki,  o şəhid Erbol Barımbetovla bir hərbi hissədə xidmət edibdir.  Eyvaz Hüseynov canlı şahid kimi, Erbolun döyüşlərdə göstərdiyi şücaət və igidlikdən danışdı.    Tədbirdə çıxış edən "Şəhidləri tanıyaq və tanıdaq" təşəbbüs qrupunun rəhbəri Tofiq Həsənov  rəhbərlik etdiyi təşəbbüs qrupunun fəaliyyəti haqqında məlumat verdi . O Erbol Barımbetovun xatirəsinə həsr olunmuş, hazırladığı qələm kolleksiyasını Erbol Barımbetovun döyüş yoldaşı, Gəncə Qarabağ qaziləri Birliyinin sədri Eyvaz Hüseynova təqdim etdi.
Tədbirin sonunda Qarabağ qaziləri Müzəffər Ali Baş Komandan İlham Əliyevə şəhid ailələrinə və qazilərinə göstərdiyi diqqət və qayğıya görə öz  minnətdarlıqlarını bildirdilər.          

@ Patriot News. az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930