patriotnews.az
http://patriotnews.az

ABŞ bu həftə Venesuelaya yeni sanksiyalar tətbiq edə bilər

8-01-2025, 09:10 Baxılıb: 11

ABŞ bu həftə Venesuelaya yeni sanksiyalar tətbiq edə bilər

ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası bu həftə Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.

Bu barədə “Axios” portalının jurnalisti Barak Ravid mənbələrə istinadən məlumat verib.

“İki ABŞ rəsmisi mənə dedi ki, Bayden administrasiyası bu həftə cümə günü keçiriləcək prezidentin inaqurasiya mərasimi ərəfəsində Venesuelada prezident Nikolas Maduro rejiminə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Dövlət Departamenti sanksiyaların ilk raundunu çərşənbə günü elan edə bilər”, – jurnalist “X”də yazıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930