Qəzza zolağında 2 milyon fələstinli tamamilə humanitar yardımdan asılıdır
Bu barədə Fələstin hökumətinin kommunikasiya mərkəzinin hesabatında deyilib.
Qeyd olunub ki, atəşkəsin pozulduğu 18 mart 2025-ci ildən bəri Qəzza zolağında 1 827 fələstinli öldürülüb, daha 4 828 nəfər yaralanıb.
Bundan başqa, 420 mindən çox insan məcburi köçkün vəziyyətinə düşüb.
“Səhiyyə sistemi çöküb, çörəkxanalar bağlanıb və 2 milyon fələstinli hazırda Qəzza zolağına buraxılmayan humanitar yardımdan tamamilə asılıdır”, – hesabatda vurğulanıb.