patriotnews.az
http://patriotnews.az

Hesabat: Qlobal Cənub ölkələri Azərbaycan da daxil olmaqla, dünya arenasında yeni qüvvə formalaşdıracaq

22-04-2025, 10:08 Baxılıb: 0

Hesabat: Qlobal Cənub ölkələri Azərbaycan da daxil olmaqla, dünya arenasında yeni qüvvə formalaşdıracaq


Azərbaycanın da daxil olduğu Qlobal Cənub ölkələri onilliyin sonuna qədər qlobal iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olacaq və dünya arenasında müstəqil "üçüncü qüvvə" formalaşdıracaq.

Bu barədə “Boston Consulting Group”un (BCG) hesabatında bildirilib.

Qeyd olunub ki, 2029-cu ilə qədər Qlobal Cənub ölkələrinin ümumi ÜDM-i inkişaf etmiş ölkələrin 1,9 % ilə müqayisədə ildə orta hesabla 4,2 % artacaq.

"Qlobal Cənub ölkələrinin illik ticarət həcminin 2033-cü ilə qədər 14 trilyon dollara çatacağı gözlənilir. Bu ölkələr arasındakı əməkdaşlıqda ticarətin rolu böyükdür: Cənub-Cənub ticarəti ildə 3,8 % artacaq. Qlobal şimal ölkələrinin öz aralarındakı ticarət isə ildə 2,2 % təşkil edir", - məlumatda bildirilib.

Hesabatda göstərilib ki, Braziliya və Hindistan kimi "multialyans" siyasətinə sadiq olan dövlətlər həm Çin, həm də Qərb ölkələri ilə əlaqələr qurmaqla iqtisadi artımlarını və davamlı inkişaflarını gücləndirirlər, Qlobal Cənub ölkələrində fəaliyyət göstərən şirkətlər isə biznes aparmaq üçün böyük imkanlar əldə edirlər.

"Qlobal Cənub ölkələrində fəaliyyət göstərən şirkətlər üçün geniş imkanlar açılır. Buraya biznes strategiyalarının lokallaşdırılması, cənub-cənub tərəfdaşlıqlarına və təchizat zəncirinin dayanıqlılığına investisiya qoyuluşu və s. daxildir", - hesabatda qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30