patriotnews.az
http://patriotnews.az

Lukaşenkonun Zelenskidən üzr istəməsi barədə deyilənlərə aydınlıq gətirilib

6-01-2025, 19:20 Baxılıb: 34

Lukaşenkonun Zelenskidən üzr istəməsi barədə deyilənlərə aydınlıq gətirilib

Ukrayna lideri Vladimir Zelenskinin Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiya-Ukrayna müharibəsinin ilk günlərində ondan üzr isməsi barədə dediklərinə aydınlıq gətirilib.

Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont həmin dövrdə Belarusun dövlət başçısının kiçik oğlu Nikolayın emosional fikirlərinə görə liderlər arasında telefon söhbətinin olduğunu təsdiqləyib.

O bildirib ki, danışıq zamanı A. Lukaşenko ilk növbədə V. Zelenskiyə bu münaqişənin Ukrayna ərazisində baş verdiyini və çoxsaylı insan ölümlərinə görə məhz onun məsuliyyət daşıdığını xatırladıb: “Buna görə də Prezident Aleksandr Lukaşenko tərəfləri danışıqlar masası arxasına əyləşməyə çağırıb. Nəticədə həm Belarusda, həm də İstanbulda tərəflər arasında üç mərhələli danışıqlar baş tutub” – N. Eysmont belə deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930