patriotnews.az
http://patriotnews.az

Nuridə Allahyarova “Yeni Klinika”dan AYRILDI

18-04-2025, 11:23 Baxılıb: 0

Nuridə Allahyarova “Yeni Klinika”dan AYRILDI

 
Nuridə Allahyarova TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Yeni Klinika"nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən istefa verib.

Bu barədə Nuridə Allahyarova özü bildirib.

““Yeni Klinika” ilə başlayan iki illik maraqlı yolum yekunlaşdı. Mənim üçün xoş təcrübə oldu. Faydalı olmaq üçün vəsilə olmaq şansı əldə etdim - ən böyük qazancım bu oldu...
...TƏBİB və Yeni Klinika komandasına təşəkkür edirəm. Aramızda işlə bağlı umu-küsü olan media həmkarlarım da oldu, onlar da sağ olsun ki, küsülü olsaq da heç vaxt bundan sui-istifadə edib mövzunu başqa müstəvilərdə davam etmədilər”,- o deyib.

N.Allahyarova daha əvvəl Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini icra edib. Ondan öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, Bakı Nəqliyyat Agentliyində, “BakuBus” MMC-də mətbuat katibi vəzifələrində çalışıb. Daha əvvəllər isə Vergilər Nazirliyi və Binəqədi rayon İcra Hakimiyyətində yüksək vəzifələrdə işləyib.
O, “Space” telekanalında yayımlanan "Prezident vaxtı" verlişinin müəllifi və aparıcısı, ATV kanalında yayımlanan "Birlikdə güclüyük" verlişinin aparıcısı olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30