patriotnews.az
http://patriotnews.az

Daşkəsəndə uşaqlar üçün "Qış nağılı" adlı şənlik təşkil olunub

8-01-2025, 13:05 Baxılıb: 37

 

Daşkəsən Rayon İcra Hakimiyyəti uşaqlar üçün "Qış nağılı" adlı musiqili-əyləncəli şənlik təşkil edib.

Patriot News.az-ın bölgə müxbiri xəbər verir ki, Daşkəsən rayon Mədəniyyət Mərkəzində keçirilən şənlikdə yaradıcı kollektivlər maraqlı musiqili kompozisiyalarla, milli və müasir rəqslərlə uşaqların görüşünə gəliblər.

Peşəkar incəsənət ustaları illüziya şou, rəngarəng tamaşalarla yanaşı, digər sürpriz çıxışlar nümayiş etdiriblər. Əlvan şam ağacının ətrafında toplaşan uşaqlar Şaxta baba, Qar qız, klounlar və digər nağıl qəhrəmanları ilə birgə əyləniblər.

"Qış nağılı" uşaqlara xoş ovqat bəxş edib, onlara əyləncəli anlar yaşadıb.

 @Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930