patriotnews.az
http://patriotnews.az

Bu gün geomaqnit qasırğası gözlənilir

25-01-2025, 17:20 Baxılıb: 31

Bu gün geomaqnit qasırğası gözlənilir

Yanvarın 21 və 22-də Günəşdə baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə bu gün axşam saatlarında G1 (zəif) səviyyəli geomaqnit qasırğası ehtimalı var.

Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, TKA-nın birgə təsiri qasırğanın G2 (orta) səviyyəsinədək yüksəlməsinə səbəb olmaq ehtimalı var. Onların sürəti 600 km/san təşkil edir ki, bu o qədər də yüksək deyil.

Hazırda Günəş 11 illik aktiv dövrünün maksimumundadır. Statistikaya əsasən, bir aktiv dövr üçün G1 səviyyəli geomaqnit qasırğaları 900 gün, G2 səviyyəli geomaqnit qasırğaları isə 360 günü əhatə edir.

Qeyd edilib ki, hazırda kosmik hava sakitdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930