patriotnews.az
http://patriotnews.az

Ukrayna ordusu üçün yeni kamikadze dron hazırlanıb

29-01-2025, 18:30 Baxılıb: 0

Ukrayna ordusu üçün yeni kamikadze dron hazırlanıb

Ukrayna Silahlı Qüvvələri üçün yeni kamikadze dron hazırlanıb.


Bu barədə Finlandiyanın “Insta” müdafiə şirkəti məlumat yayıb.


"Insta” şirkəti dron və patentli partlayıcı maddənin kombinasiyasının yeni, daha effektiv versiyasını hazırlayıb. Yeni tip pilotsuz təyyarə hələlik yalnız Ukrayna bazarı üçün əlçatandır, lakin gələcəkdə Avropa və NATO ölkələrində satışa çıxarılacaq", - məlumatda qeyd olunur.


“Insta Steel Eagle” adlı kamikadze dronun köməyi ilə qurğunun alt hissəsinə bərkidilən partlayıcı maddə hava vasitəsilə hədəfə çatdırıla və onun üzərində partladıla bilər. Polad və ya volfram kürəciklərdən ibarət olan partlayıcı maddənin qəlpələri təxminən 2 min kvadratmetr sahəyə (40x50 metr sahə) səpələnə bilər. Partlayıcı maddənin çəkisi təxminən 3,6 kiloqramdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930