patriotnews.az
http://patriotnews.az

Tramp Vaşinqtonda baş verən təyyarə qəzasını faciə adlandırıb

30-01-2025, 08:55 Baxılıb: 0

Tramp Vaşinqtonda baş verən təyyarə qəzasını faciə adlandırıb

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda baş verən təyyarə qəzasını faciə kimi qiymətləndirib.

Bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən Amerika lideri adından yayılan yazılı bəyanatında deyilir.

“Reyqan hava limanında baş vermiş faciəvi qəza haqqında mənə tam məlumat verildi. Allah onların ruhlarını qorusun! Mən vəziyyəti izləyirəm və təfərrüatları ortaya çıxan kimi paylaşacağam”, - ABŞ administrasiyasının rəhbəri əlavə edib.

Qeyd edək ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus helikopterlə toqquşub.

Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirən təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Qəzadan sonra təyyarə Potomak çayına düşüb. Hazırda faciə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930