patriotnews.az
http://patriotnews.az

Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər.

28-11-2024, 19:10 Baxılıb: 0

 

Noyabrın 28-də xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olublar.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin təşkilatçılığı ilə keçirilən səfərdə ümumilikdə 15 ölkədən 17 hərbi attaşelik aparatının nümayəndəsi iştirak edib

Qonaqlar "Azərkosmos"un ərazisindəki infrastruktur və obyektlərlə tanış olublar. Onlara agentliyin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, gələcək inkişaf planları barədə brifinq təqdim olunub.  

Sonda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.


@Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930