patriotnews.az
http://patriotnews.az

Gəncədə piyadaların və avtomobillərin gecə saatlarında təhlükəsiz hərəkəti təmin edilir.

29-11-2024, 07:30 Baxılıb: 16

 

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin İşıqlandırma şöbəsi şəhərin küçə və prospektlərində, park və xiyabanlarında, həmçinin yaşayış massivlərində aparılan manitorinqlərin nəticələrinə uyğun olaraq təmir işlərini davam etdirir. Belə ki, MKTİB-nin müvafiq şöbəsi tərəfindən şəhər ərazisində köhnə plafonlar dəyişdirilir, lampalar daha müasir qənaətli, eləcə də işıqlandırma sahəsi daha geniş olan yeni LED lampaları ilə əvəzlənirlər. Bundan başqa ehtiyac duyulan yerlərə yeni dirəklər basdırılır, müasir gecə işıqlandırma sistemi çəkilir. Nizami Gəncəvi prospektində həyata keçirilən təmir işləri çərçivəsində prospektin hər iki tərəfində yerləşən işıq dayaqlarına yeni plafonlar qoyulub, mövcud nazaslıq aradan qaldırılıb, istismar müddəti bitmiş, həmçinin işləməyən lampalar yeniləri ilə əvəzlənib. Qeyd edək ki, MKTİB-nin İşıqlandırma şöbəsi tərəfindən Gəncə şəhər ərazisində aparılan bu kimi təmir işləri davamlı həyata keçirilir.  

          

@ Patriot News.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930