patriotnews.az
http://patriotnews.az

Xarici miqrasiya qurumlarının rəhbərləri “ASAN xidmət”in fəaliyyəti ilə tanış oldular

23-05-2025, 13:30 Baxılıb: 0

 

22 may 2025-ci il tarixində Miqrasiya Orqanları Rəhbərləri Şurasına üzv dövlətlərin və MDB, Avrasiya İqtisadi Komissiyasının nümayəndə heyətləri “ASAN xidmət” mərkəzində olublar. Onlar mərkəzin fəaliyyəti və tətbiq olunan innovativ xidmətlərlə tanış olublar.

Patriot News.az xəbər verir ki, qonaqları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qarşılayaraq “ASAN xidmət” modeli, sosial innovasiyalar və beynəlxalq mükafatlar barədə ətraflı məlumat verib.

Tədbirdə qeyd olunub ki, “ASAN xidmət” modeli BMT və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib və bir sıra ölkələrdə uğurla tətbiq olunur.

Qonaqlar “ASAN xidmət”in fəaliyyətindən yüksək təəssürat aldıqlarını bildiriblər. Nümayəndə heyəti həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD” publik hüquqi şəxsin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olublar.

 

@Patriot News.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
1USD  1.7000
1EUR  1.9277
1GBP  2.2560
100RUB  2.0509
1TRY  0.0444