patriotnews.az
http://patriotnews.az

İsmayıllıda Uşu üzrə XVIII Azərbaycan Birinciliyində Gəncə Komandası Uğur Qazanıb

Dünən, 12:30 Baxılıb: 48

 

İsmayıllıda Uşu üzrə XVIII Azərbaycan Birinciliyində Gəncə Komandası Uğur Qazanıb

06–08 iyun 2025-ci il tarixlərində İsmayıllı Olimpiya İdman Kompleksində uşu idman növü üzrə kadetlər və yeniyetmələr arasında XVIII Azərbaycan birinciliyi keçirilib. Yarışda ölkənin müxtəlif bölgələrindən idmançılar iştirak edib.

Birincilikdə Gəncə şəhərini təmsil edən nümayəndə heyətinin tərkibində baş məşqçi İlqar Alıyev, beynəlxalq dərəcəli hakim Fəxri Namazlı, respublika dərəcəli hakim Rəhimov Rəşad və məşqçi-müəllimlər Yaşar İsgəndərov, Elvin Quliyev, Hüseyn Nurməhəmmədi iştirak ediblər.

Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının (ADFA) Qərb Filialının regional sədri, Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi İlqar Səməd oğlu Alıyevin rəhbərliyi ilə Gəncə regionunun yığma komandası birincilikdə 19 nəfər idmançı ilə təmsil olunub. Gəncəlilər yarışda ümumilikdə 5 qızıl 🥇, 4 gümüş 🥈 və 10 bürünc 🥉 medal qazanaraq komanda hesabında ikinci yerə layiq görülüblər.

Qızıl medal qazananlar:

1. Şükürov Əli (36 kq) – Baş məşqçi: İlqar Alıyev


2. Quliyev Aslan (52 kq) – Məşqçi: Elvin Quliyev


3. Quliyev Rafiq (36 kq) – Məşqçi: Elvin Quliyev


4. Məmmədov Ömər (36 kq) – Məşqçi: Hüseyn Nurməhəmmədi


5. Ağayev Tunar (42 kq) – Məşqçi: Hüseyn Nurməhəmmədi


Gümüş medal qazananlar:

1. Mustafayev Hümbət (60 kq) – Məşqçi: İlqar Alıyev


2. Abdullayev İnayət (45 kq) – Məşqçi: İlqar Alıyev


3. Əsgərov Məhəmməd (60 kq) – Məşqçi: Hüseyn Nurməhəmmədi


4. Vəliyev Vüqar (30 kq) – Məşqçi: Hüseyn Nurməhəmmədi


Bürünc medal qazananlar:

1. Vəliyev Tunar (45 kq) – Məşqçi: İlqar Alıyev


2. Salahov Nəsib (45 kq) – Məşqçi: İlqar Alıyev


3. Məmmədov Vüqar (30 kq) – Məşqçi: İlqar Alıyev


4. Quliyev Mahmud (56 kq) – Məşqçi: Elvin Quliyev


5. Kazımov İsrail (33 kq) – Məşqçi: Elvin Quliyev


6. Kazımov Xaləddin (39 kq) – Məşqçi: Elvin Quliyev


7. Quliyev Rəsul (18 kq) – Məşqçi: Elvin Quliyev


8. İsmayılov Ayxan (48 kq) – Məşqçi: Hüseyn Nurməhəmmədi


9. Qəhrəmanov Firuddin (32 kq) – Məşqçi: Hüseyn Nurməhəmmədi


10. Tağızadə Əbülfəz (21 kq) – Məşqçi: Yaşar İsgəndərov


Uğurlu nəticəyə görə bütün idmançılarımızı, onların məşqçi-müəllimlərini və təşkilatçılıq fəaliyyətinə görə Gəncə nümayəndə heyətini təbrik edirik!


Ceyhun Əliyev

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30