patriotnews.az
http://patriotnews.az

Niyazi Bayramov Gəncədə aparılan təmir-tikinti və abadlıq işlərinin gedişi ilə yerində tanış olub

Dünən, 09:00 Baxılıb: 112

 

III MDB Oyunlarının Gəncədə yüksək səviyyədə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhərdə genişmiqyaslı təmir-tikinti və abadlıq işləri sürətlə davam etdirilir. Bu işlər bir daha göstərir ki, dövlət başçısı tərəfindən Gəncə şəhərinin sosial-iqtisadi inkişafına və abadlığına xüsusi diqqət və qayğı göstərilir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov görülən işlərin gedişi ilə yerində tanış olmaq məqsədilə bir sıra ərazilərə baş çəkib. O, yenidən inşa edilən şəhər stadionunun ərazisinə, Xan Bağına və “Nizami Parkı” adlanan əraziyə baxış keçirib. İcra başçısı təmir-bərpa işlərinin keyfiyyəti, icra tempi və layihələrin ümumi gedişi ilə maraqlanıb, yerində müvafiq tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, son illərdə Gəncə şəhərində dövlət tərəfindən kompleks abadlıq və yenidənqurma layihələri həyata keçirilir, yeni sosial infrastruktur obyektləri, park və istirahət məkanları, idman və mədəniyyət obyektləri inşa olunur, yol-nəqliyyat infrastrukturu yenilənir. Bütün bunlar şəhərin inkişafını sürətləndirir və Gəncənin müasir simasının daha da gözəlləşməsinə xidmət edir.

Xatırladaq ki, III MDB İdman Oyunları 28 sentyabr – 8 oktyabr tarixləri arasında Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.

@Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30