Uşu idman növü üzrə gənclər və böyüklər arasında XXXI ölkə çempionatı və birinciliyi keçirilmişdir.
06-08 Dekabr 2024-cü il tarixlərdə Bakı şəhəri Şağan Olimpiya İdman Kompleksində Uşu idman növü üzrə gənclər və böyüklər arasında XXXI ölkə çempionatı və birinciliyi keçirilmişdir.
Patriot News . az-ın bölgə müxbirinin məlumatına əsasən, birincilikdə Gəncə şəhərindən hakimlər qrupu iştirak edib. Onlardan beynəlxalq dərəcəli hakim Fəxri Namazlı və 2 nəfər Respublika dərəcəli hakimlər Əliyev Pərviz və Rəhimov Rəşad .
ADFA Qərb Filialının Regional sədr müavini, beynəlxalq dərəcəli hakim Fəxri Namazlının rəhbərliyi ilə Regionun yığma komandası ümumilikdə 1 qızıl 🥇, 1 gümüş 🥈və 3 bürünc 🥉medal qazanaraq təltif olunublar. Qaliblərdən
Əli Alıyev (75 kq) - I yer (məşqçi Fəxri Namazlı)
Elşad Fəhradov (48 kq) - II yer (məşqçi Fəxri Namazlı)
Xəyal Əliyev (60 kq) - III yer (məşqçi Fəxri Namazlı)
Əli Cabbarlı (48 kq) - III yer (məşqçi Elvin Quliyev)
Yusif İbrahimov (60 kq) - III yer (məşqçi Pərviz Əliyev).