Zirvələri fəth edən rəhbər və məşqçi İlqar Alıyev
"İdmançılarımızı tanıyaq” rubrikasında sizlərə "Əməkdar məşqçi", Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi fəxri adına layiq görülmüş İlqar Alıyevi təqdim edirik.
Alıyev İlqar Səməd oğlu 14 sentyabr 1965-ci il Gəncə şəhərində anadan olub. 1972-ci ildə Gəncə şəhər 33 saylı tam orta məktəbin 1-ci sinifinə gedib. 1980-ci ildə həmin məktəbin 8-ci sinifini bitirib, 9 saylı Texniki peşə məktəbinin rəngsazlıq fakültəsinin daxil olub . 1983 -cü ildə həmin məktəbi bitirib. 1980 -ci ilin sentyabr ayından Ağır Atletika idman növü üzrə 2 saylı UGİSM-də Süleyman Məmmədovun rəhbərliyi ilə məşqlərə başlayıb. 1983-1985-ci illərdə Xabarovsk Ordu Klubunda əsgərlik xidmətində olubdur.
1989-cu ildən Mir Yasin Agayevin rəhbərliyi altında "Kun-Fu" idman növü üzrə məşqlərə başlayıb. 1992-ci ildə Gəncə şəhər saylı UGİŞM-də "Karate" idman növü üzrə məşqçi müəllim vəzifəsində çalışıb. 6-8 iyun 1997-ci ildə keçirilən "Kikboksinq" üzrə Respublika Seminarından sonra İlqar Alıyevi "Kikboksinq" idman növü üzrə Qərb bölgəsinin rəhbəri təyin ediblər. İlqar Alıyevin rəhbərliyi altında Gəncə komandası 20 dəfədən çox 1-ci yerə çıxaraq kuboklara sahib olublar. Ali Təhsillidir. İlqar Aliyev 1998-ci Rusiya Federasiyasının İdarəetmə və Biznes Universitetinə daxil olub və 2004-cü ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildən Azərbaycan Döyüş Növləri Assosiasiyasının Qərb bölgəsinin rəhbəridir.
Ümumilikdə 14 Dünya çempionu, 20-dən çox Avropa və Avrasiya çempionları, Dünya və Avropa çempionatlarında gümüş və bürünc mükafatcılarını yetişdiribdir. Beynəlxalq yarışlardan İlqar Alıyevin tələbələri indiyə qədər ölkəmizə 200-ə yaxın qızıl, gümüş və bürünc medalları gətiriblər. Əldə etdiyi nailiyyətlərə görə İlqar Aliyevə 26 aprel 2007-ci ildə Kikboksinq idman növü üzrə Respublikanın "Əməkdar məşqçi"si fəxri adı verilibdir. 01.12. 2015-ci ildə Kikboksinq üzrə Respublikanın Fəxri Bədən tərbiyəsi və idman işçisi adına layiq görülübdür.
Ailəlidir. 2 oğul və bir qız atasıdır. İlqar Alıyev Azərbaycan idman tarixinə öz adını qızıl hərflərlə yazdırıbdır. Biz sizinlə fəxr edirik İlqar müəllim!