KİV: ABŞ-nin Yaponiyadakı aviabazasında partlayış olub, xəsarət alanlar var
Bazar ertəsi ABŞ-nin Yaponiyanın cənubundakı Okinava prefekturasında yerləşən “Kadena” aviabazasında partlayış baş verib.
İnsident Yaponiyanın özünümüdafiə qüvvələrinin idarə etdiyi obyektdə qeydə alınıb.
Yerli hakimiyyət orqanları hadisənin partlamamış hərbi sursatların müvəqqəti saxlandığı yerdə baş verə biləcəyini istisna etmir.
NHK mümkün zərərçəkənlər barədə məlumat verib, lakin onların dəqiq sayı və xəsarətlərinin ciddiliyi hələ dəqiqləşdirilməyib.
“Kyodo” agentliyi isə Yaponiyanın Müdafiə Nazirliyinə istinadən partlayış zamanı ölkənin Milli Özünümüdafiə Qüvvələrinin 4 hərbçisinin xəsarət aldığını xəbər verib. Qeyd edilir ki, onların xəsarətləri yüngüldür.
Hadisənin səbəbi də dəqiq məlum deyil.